Bolkartdan Yeni il nağdlaşdırması: kartdan indi pul çıxarın, 3 ay sonra ödəyin! | Banco.az

Bolkartdan Yeni il nağdlaşdırması: kartdan indi pul çıxarın, 3 ay sonra ödəyin!

Yeni il ərəfəsində vətəndaşların nağd pula ehtiyacını ödəmək məqsədilə “Bank of Baku” Bolkart sahibləri üçün nağdlaşdırma kampaniyası elan edir. 17-31 dekabr 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, martın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırılmış vəsaitin martın 10-dək ödənilməyən hissəsi üçün hər ay 2.5% ödəməklə ödəniş etmək mümkündür.  Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.  

Nağdlaşdırmanın komissiya haqqı 5%-dir.

Bu gün180.000-dən  çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır. Bolkart MasterCard isə sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Daha ətraflı: www.facebook.com/Bolkart

Ən sərfəli kredit üçün müraciət et