Bankın Şəki filialı yeni dizaynda xidmətinizdədir | Banco.az

Bankın Şəki filialı yeni dizaynda xidmətinizdədir

“DəmirBank” Şəki filialının yeni modern dizaynda təmir olunmuş ofis binasının açılış mərasimini keçirib. Açılış mərasimində Şəki şəhər İcra Hakimiyyəti başçısı, Bank rəhbərliyi, filial müdirləri və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən “DəmirBank”ın İdarə Heyətinin Sədri Roman Əmircanov bilidirib ki, bu gün “DəmirBank” dinamik inkişafı ilə ölkənin aparıcı banklarından birinə çevrilib: “DəmirBank” fəaliyyət göstərdiyi illər ərzində regionların sosial-iqtisadi inkişafına təkan verən layihələr həyata keçirməklə, mikro, kiçik, orta və iri sahibkarlığa dəstək olaraq ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafında yaxından iştirak edir.”

Ən sərfəli kredit üçün müraciət et

S.Rəhman küçəsi 6a ünvanında yerləşən Şəki filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Ən sərfəli krediti almaq üçün müraciət et