Bank VTB (Azərbaycan)-ın səhmdarlarının ümumi yığıncağının vaxtı təsdiqləndi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank VTB (Azərbaycan)-ın səhmdarlarının ümumi yığıncağının vaxtı təsdiqləndi

29 may 2015-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2014-cü ilə olan maliyyə hesabatlığına baxılması məsələləri, eləcə də bankın 2014-cü ilə olan mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri daxildir. Bundan başqa  səhmdarlar  “Bank VTB (Azərbaycan) ASC-nin kommersiya maraqlarının açıqlanması qaydalarının” yeni redaksiyasının təsdiqlənməsi məsələsini də müzakirə edəcəklər.