Bank VTB (Azərbaycan)-ın müştəriləri kreditlərini onlayn rejimdə ödəyə biləcək | Banco.az

Bank VTB (Azərbaycan)-ın müştəriləri kreditlərini onlayn rejimdə ödəyə biləcək

Bank VTB (Azərbaycan) E-Pul elektron ödəniş sisteminə qoşulub ki, bu da bankın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək. Bunun üçün internet istifadəçiləri www.e-pul.az  portalında “Bank xidmətləri”  bölməsinə daxil olub, “Bank VTB (Azərbaycan)”  səhifəsinə keçid aldıqdan sonra ödənişi həyata keçirəcək.

E-Pul servisi həftənin 7 günü, 24 saat fasiləsiz fəaliyyət göstərir. Saat 17.00 və qeyri-iş günlərində ödənilən kreditlər növbəti işgünündə ödənilmiş hesab olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

“”Bizim bank müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərməyə çalışır. Bu xidmətlər  arasında məsafəli bank xidməti də var. E-Pul portalına qoşulmaq – bu istiqamətdə atılan növbəti addımdır. Əsas məqsəd müştərilərin rahatlığını təmin etmək. İndi kredit ödənişi üçün banka gəlməyə və ya ödəniş terminalı axtarmağa ehtiyac qalmayacaq. Bunlar onlayn rejimdə mümkün olacaq”, - deyə,  bank VTB (Azərbaycan)-ın pərakəndə biznes departamentinin rəhbəri Tural Vəliyev bildirib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et