“Bank Technique”in “Sığortalı” depoziti ilə vəsaitlərinizin güvənli əllərdə olmasından əmin olun! | Banco.az

“Bank Technique”in “Sığortalı” depoziti ilə vəsaitlərinizin güvənli əllərdə olmasından əmin olun!

Daima yeni məhsullarla müştərilərinin qarşısına çıxan “Bank Technique” ASC, bu dəfə də öz ənənəsinə sadiq qalaraq, yeni məhsulu – “Sığortalı” depozitini təqdim edir. Yeni depozitin əsas cəlbedici xüsusiyyəti, bura yatırılan vəsaitin, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən, 10 il ərzində dəyişilməz 9% dərəcəsi ilə sığortalanmasıdır. Belə ki, “Bank Technique”in “Sığortalı” depozitinin əmanətçiləri, vəsaitlərini yerləşdirdiyi andan etibarən bir ildən sonra, istənilən vaxt, pullarını məxaric etdikdə belə, faizlər illik 9% dərəcəsi ilə hesablanacaqdır*. 

Ən sərfəli kredit üçün müraciət et

“Sığortalı” depozitində faizlər aylıq hesablanır. Bu depozitə yerləşdiriləcək, minimum, məbləğ 500 AZN və ya ABŞ dollarıdır. Üçüncü şəxsin xeyrinə də açıla biləcək depozit üzrə vəsaitlərini yerləşdirən müştərilərə “Bank Technique”in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.

*- Sığorta hadisəsi baş verdikdə, Fond tərəfindən hər bir müştəriyə, Bankda sığortalanan depozit üzrə onun 100%-i həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə, kompensasiya ödənilir (AƏSF).