“Bank Technique”in saytı yenilənib | Banco.az

“Bank Technique”in saytı yenilənib

“Bank Technique” ASC-nin www.banktechnique.az ünvanında yerləşən rəsmi İnternet-resursu yenilənib.

Xatırladaq ki, bir il bundan əvvəl, 2012-ci ilin dekabr ayının son ongünlüyündə, yeni inkişaf konsepsiyasına uyğun olaraq, Bankın yeni saytı istifadəyə verilmişdi və hazırkı yenilənmə də məhz bu tarixə təsadüf edir.

Saytın işlənməsində mütəxəssislər, ilk növbədə, istifadə rahatlığını, naviqasiya sadəliyini təkmilləşdiriblər, tərtibatçılar müasir dizayn tendensiyalarını nəzərə alaraq, fərqli məhsul hazırlamaq arzusundan çıxış ediblər. Əvvəlki dizaynla vizual əlaqəni saxlamaqla, saytın bütün səhifələri yenidən çəkilib.

Ana səhifə saytın əsas bölmələrində (Bank, Xidmətlər, Məhsullar, Xidmət şəbəkəsi) qruplaşan bir neçə böyük kvadrat-menyulara bölünüb. Əsas səhifədən “Şəxsi kabinet” onlayn-sisteminə daxil olaraq, bir neçə toxunuşa bəzi bank əməliyyatlarını həyata keçirmək mümkündür. Həmçinin  “iTunes” və “Google Play” onlayn mağazalarına keçidlər yerləşdirilib ki, oradan “Mobil Bank” tətbiqini pulsuz yükləyərək, mobil telefon vasitəsilə bank hesabını idarə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Yeni versiyada Bank mütəxəssisləri sosial şəbəkələrin populyarlığına da diqqət yetirərək, saytın səhifələrini rahatlıqla Facebook, Twitter, Google +, LInkedIn, VKontakte sosial şəbəkələrində paylaşmaq imkanı yaradıblar. Bundan əlavə, saytda valyuta kurslarına abunə imkanı, FAQ (ən çox verilən suallar), axtarış, Bankın filial, şöbələri və bankomatlarını əks etdirən interaktiv xəritə, sürətli keçidlər və s. kimi müasir funksiyalar dəsti yer alıb.

Saytın hazırlanmasında təhlükəsizliyə və haker hücumlarının minimuma endirilməsinə, habelə, resursun dözümlüyünə böyük diqqət yetirilib. 

Öz tərəfimizdən, saytın yeni versiyasının istifadəçilər tərəfindən pozitiv qarşılanacağına və Bankın fəaliyyəti barəsində ictimaiyyətin məlumatlandırılmasında xüsusi rol oynayaçağına ümid edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et