“Bank Technique”in “Caspian Finance” filialı yeni ünvanda! | Banco.az

“Bank Technique”in “Caspian Finance” filialı yeni ünvanda!

“Bank Technique” ASC, filial və şöbələrinin geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, “Caspian Finance” filialının da ünvanını dəyişib.

Belə ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 39 ünvanında yerləşən filial hazırda Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 78v ünvanında yeni konsepsiya ilə təmir olunan binaya köçürülüb. Filialın yeni ünvanını www.banktechnique.az saytındakı Bankın filiallar və şöbələrini əks etdirən “İnteraktiv xəritə” vasitəsilə daha rahat tapmaq, hətta buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.

Üstün xidmət səviyyəsi təqdim olunan filialda Bankın müştərilərinə depozitlər, müxtəlif növ kreditlər, valyuta mübadiləsi, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrdə bank xidmətləri göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, filial və şöbələrinin geolokasiyası ilə bağlı siyasətinə uyğun olaraq, 2013-cü il ərzində Bankın Azərbaycan paytaxtında daha bir neçə filialının ünvanı dəyişdirilmişdi. Bunlar “Proqress” (Nəsimi rayonu, Akademik Mir-Qasımov küçəsi, 10/18 ünvanından Azadlıq prospekti, 87 ünvanına), “Yasamal” (Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanından, Yasamal rayonu, 547-ci məhəllə, İnşaatçılar prospekti, 3 ünvanına) və “Universal” (Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 144 ünvanından, Nərimanov rayonu, Təbriz küçəsi, 116 ünvanına) filiallarıdır.

 

Qeyd edək ki, hazırda Bankın Bakı şəhəri və regionlarda 32 filialı və 6 şöbəsi fəaliyyət göstərir.              

 

Ən sərfəli krediti almaq üçün müraciət et