“Bank Technique” iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb | Banco.az

“Bank Technique” iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Nüfuzlu beynəlxalq maliyyə nəşri “International Finance Magazine” 2013-cü il üzrə “Financial Awards” (Maliyyə üzrə mükafatlar) mükafatının qaliblərinin adlarını açıqlayıb.

"Bank Technique" ASC, Azərbaycanda "2013-cü ilin ən yaxşı internet bankı" (Best Internet Bank Azerbaijan 2013) və “2013-cü ilin ən innovativ bankı” (Most Innovative Bank Azerbaijan 2013) nominasiyaları üzrə qalib elan edilib. Mükafatların təqdimat mərasimi 18 Dekabr 2013-cü ildə BƏƏ-nin Dubay şəhərində baş tutacaq.

Mənzil-qərargahı Londonda yerləşən jurnal beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrdən biri hesab edilir. Auditoriyası 150-dən artıq ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2013-cü il “Bank Technique” üçün nailiyyətlərlə dolu bir il olub və bu uğurlar beynəlxalq müstəvidə dəfələrlə mükafatlarla qiymətləndirilib. Belə ki, bir neçə ay öncə, nüfuzlu beynəlxalq analitik portal olan "Global Banking & Finance Review" da "Bank Technique"i Azərbaycanda "2013-cü ilin ən dinamik inkişaf edən bankı" (Fastest Growing Bank Azerbaijan 2013) seçmişdi. 

Ən sərfəli krediti almaq üçün müraciət et