“Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin sertifikatına layiq görülüb! | Banco.az

“Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin sertifikatına layiq görülüb!

“Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin ən yaxşı Sosial Yönlü səhifə (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb. Təqdim edilmiş xüsusi sertifikatda “Bank of Baku”-nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib. 

Socialbakers (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Təqdim edilmiş mükafat 2013-cü ilin ikinci rübünü əhatə edir. Socialbakers öz açıqlamasında bildirib ki, “Bank of Baku”-nun Facebook səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulub. Socialbakers təhlilçilərinin araşdırmasına görə, “Bank of Baku”-nun Facebook səhifəsində istifadəçilərin sorğu və müraciətlərinin 90%-dən çoxu cavablandırılır və bu, qısa vaxt aparır. 

Socialbakers-in beynəlxalq miqyasda apardığı araşdırmada digər kateqoriyalar üzrə müxtəlif biznes sahələrini təmsil edən dünyanın aparıcı şirkət və korporasiyalarının sosial səhifələri mükafatlandırılıb. 

Xatırladaq ki, hazırda “Bank of Baku”-nun əsas Facebook səhifəsindən başqa (http://www.facebook.com/bankofbaku), Bolkart kredit kartına həsr olunmuş (http://www.facebook.com/bolkart) səhifəsi də fəaliyyət göstərir.Hər iki səhifəni toplam 150.000 yaxın internet istifadəçisi izləyir və bu rəqəm dinamik şəkildə artır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et