“Bank of Baku”-dan “Ürəyiniz istəyən nağd kredit”: hər 1000 manata 45 manat aylıq ödəniş! | Banco.az

“Bank of Baku”-dan “Ürəyiniz istəyən nağd kredit”: hər 1000 manata 45 manat aylıq ödəniş!

“Bank of Baku” müştəriləri güzəştli kreditlərlə təmin etmək məqsədilə “Ürəyiniz istəyən nağd kredit” endirim kampaniyasına başlayır. Kampaniya çərçivəsində kreditlərə müştərinin iş yerindən və bankla iş tarixçəsindən asılı olaraq 3,5%-dək endirim elan olunur. Endirimli kreditin müddəti 34 ay, məbləği isə 10000 manata qədərdir.

Kreditin hər 1000 manatı üçün, əsas məbləğ, komissiya haqqı və faizlər daxil olmaqla aylıq ödəniş cəmi 45 manatdan başlayır. Eyni zamanda, kampaniya şərtlərinə əsasən müştərinin “Dostlar Klubu” kartı üzrə yığılmış bonusu olarsa, həmin bonus məbləği müştərinin ödədiyi komissiya məbləğindən çıxılacaqdır. 

Kampaniya 30 noyabr 2013-cü il tarixinə qədər davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et