Bank BTB müştərilərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə korporativ saytın (http://www.btb.az) dizaynını tam olaraq yeniləmişdir. Yenilənmiş sayt, brendin standartlarına bütövlüklə cavab verməklə yanaşı, müştərilərə bank məhsul və xidmətləri barədə tez və müfəssəl məlumat əldə etmək imkanını yaradan aydın interfeysə malikdir.
Bankın rəsmi saytında daha çevik və rahat istifadə üçün “Online xidmətlər” bölümü yaradılmışdır. Bu bölümə SMS-bildiriş, Şikayət və Təkliflər, Kartdan vəsaitin gündəlik nağdlaşdırma limiti və digər xidmətlər daxildir. Bölümdə həmçinin kiçik və orta sahibkarlar, habelə fərdi müştərilər üçün nəzərdə tutulmuş Kredit Sifarişi xidməti də mövcuddur. Bundan əlavə, müştərilərin suallarını real vaxt rejimində cavablandırmaq məqsədilə saytda “Konsultant” xidməti fəaliyyətə başlamışdır.
Bununla yanaşı, yeni veb səhifədə şəxsi büdcəni və ödəmə qabiliyyətini nəzərə alaraq kredit məbləğinin hesablanması imkanını yaradan Kredit Kalkulatoru təqdim edilmişdir. Gündəlik yenilənən valyuta məzənnələri barəsində məlumat almaq və konvertordan yararlanmaq üçün nəzərdə tutulmuş bölüm isə daha da genişləndirilmişdir.
Bank BTB xidmətin keyfiyyətini artırmaq, müştərilərini daim məmnun etmək üçün “online” xidmətlərin çeşidliliyini gələcəkdə də artırmağı planlaşdırır.