Bank “BTB” ASC- yeni investor cəlb etməklə məcmu kapitalını artırıb | Banco.az

Bank “BTB” ASC- yeni investor cəlb etməklə məcmu kapitalını artırıb

Bank “BTB” ASC-nin Səhmdarların Ümumi Yığıncağının 02 Fevral 2016-cı il tarixli qərarına əsasən ümumi dəyəri 8 500 000 (səkkiz milyon beş yüz min) ABŞ dolları olan subordinasiya borc öhdəliklərinin (istiqrazlar) emissiyası qərara alınmışdır.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunmuş və subordinasiya borc öhdəliklərinin buraxılışı (istiqrazlar) 23 Fevral 2016-ci il tarixdə qeydiyyata alınmış və 17 Mart 2016-cı il tarixli (qeydiyyat № AZ2001009441) yekun hesabata əsasən istiqrazların buraxılışı yekunlaşmışdır.

Bununla da yeni investor cəlb olunmaqla Bank “BTB” ASC-nin məcmu kapitalının məbləği artaraq 61 727 190 (altmış bir milyon yeddi yüz iyirimi yeddi min bir yüz doxsan) manat təşkil etmişdir. Bu da məcmu kapitalının 31 dekabr 2015 –ci il ilə müqayisədə 21 % artımı deməkdir.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.