Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən, 23 May 2013-cü il tarixində Bank BTB ASC kütləvi təklif üsulu ilə yerləşdiriləcək adi sənədli adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınmışdır. (emissiyanın İSİN kodu - AZ1001009443). Bank səhmlərin hər birinin nominal dəyəri 1000 manat olan 36400 səhm nəşr etmək hüququ alıb.Emissiyanın tam yerləşdirilməsi Bank “BTB” ASC-nin nizamnamə kapitalını 13,6 milyon manatdan 50 milyon manata yüksəldilməsinə imkan verəcəkdir.Qeyd etmək lazımdır ki, 2013- ci ilin birinci rübündə Bank “BTB” ASC-nin məcmu kapitalı 18 milyon manatdan artıq olmuşdur ki, bu da Mərkəzi Bankın 2014-ci ilin 1 yanvar tarixində qüvvəyə minmiş banklar üçün nizamnamə kapitalının minimum tələblərinə (50 mln. manat) riayət olunması deməkdir.Bank “BTB” 2010-cu ildə yaradılmışdır (lisenziya № 254) və universal kredit-maliyyə təşkilatı olaraq, bank xidmətlərinin tam spektrini təqdim etməkdədir, o cümlədən, korporativ müştərilərə, fiziki şəxslərə bank xidmətləri göstərir.