Bank “3D Secure” xidmətinə qoşulacaq | Banco.az

Bank “3D Secure” xidmətinə qoşulacaq

2 Fevral  2015-ci il tarixindən etibarən ASB-nin bütün “Mastercard”  müştəriləri avtomatik olaraq  “3D Secure” xidmətinə qoşulacaqdırlar.

Ediləcək hər bir əməliyyat zamanı müştəriyə sms vasitəsilə yenilənmiş, xüsusi şifrə göndəriləcəkdir. Əldə edilmiş şifrə, internet ödənişləri zamanı istifadə edilərək, əməliyyatlar daha təhlükəsiz həyata keçiriləcəkdir.

Bu xidmət ASB-nin bütün “Mastercard”“Maestro” kartlarına tətbiq olunacaqdır. Müştərilər xüsusi şifrəni əldə etmək üçün  “SMS xəbərdarlıq” xidmətinə qoşulmalıdırlar. “SMS xəbərdarlıq” xidməti ASB-də ödənişsiz təqdim olunmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

“Azərbaycan Sənaye Bankı”, müştərilərinin təhlükəsizliyini düşünərək bu sistemə qoşulmuşdur. Təqdim etdiyimiz “3D Secure” internet vasitəsilə edilən əməliyyatlar zamanı dələduzluğunun qarşısını almaq üçün qabaqcıl texnologiyadır. Bank kartın və kart sahibinin etibarlılığını online rejimdə yoxlayır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir. Bu o deməkdir ki, plastik kartın məlumatları itirildikdə kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə heç bir əməliyyat aparıla bilməz.

 Yaxın zamanlarda “VISA” plastik kartlarının sahibləri üçün də xidmət aktiv ediləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et