Bakıda Korporativ İdarəetmə üzrə Təlim Seminar keçiriləcək | Banco.az

Bakıda Korporativ İdarəetmə üzrə Təlim Seminar keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə Təlim Seminarı keçirəcək. Seminarda, korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılacaq və yaxından öyrəniləcək. Effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunacaq, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə müzakirələr aparılacaq. Bununla yanaşı, daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, seminarı KPMG-nin Moskva ofisinin ekspertləri İqorKoroteçkiy, YelenaXobotova, və İvanBarsola idarə edəcək.

Təlimdə tanınmış özəl şirkətlərin və dövlət müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak edəcək. Yekunda iştirakçılara İİTKM və KPMG –nin birgə sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, təlim ödənişsizdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə:

Zənurə Talıbova- PR menecer, Telefon: (012) 521 34 96, (050) 295 86 88

Məsumə Talıbova, Media mütəxəssis ,Telefon: (012) 521 33 18, (050) 295 86 89                                                                         

Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )

E-mail: [email protected]

Web:http://iqtisadiislahat.org/contact-us

http://ereforms.org/contact-us

http://ecoreform.az/contact-us

https://www.facebook.com/iqtisadiislahat/

https://twitter.com/iqtisadiislahat

https://www.youtube.com/channel/UCRqqwouYQ0a5VVfEyLJe4pw

Ən sərfəli krediti almaq üçün müraciət et