“DəmirBank” qarşıdan gələn Novruz bayramı münasibətilə “Baharın 17 günü” adlı kredit aksiyasına start verib. Aksiyanın şərtlərinə görə müştərilər 15 min AZN-dək nağd pul kreditini müddəti maksimum 48 ay olmaqla əldə edə bilərlər.
Qeyd edək ki, “Baharın 17 günü” adlı kredit aksiyası martın 31-dək davam edəcək.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.