Azərbaycan Sənaye Bankı Monex pulköçürmə sisteminə qoşulub. | Banco.az

Azərbaycan Sənaye Bankı Monex pulköçürmə sisteminə qoşulub.

Bir neçə beynəlxalq  təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edən "ASB"  artıq "Monex" ilə iş birliyinə başlayıb.

Azərbaycan Sənaye Bankı “Monex” təcili pul köçürmə sisteminə qoşulmaqla, bankda ölkədaxili pul köçürmələrin sayını artırdı.
Bankın filialları vasitəsilə həm ölkə daxilinə, həm də ölkə xaricinə təcili pul köçürmələri həyata keçirmək mümkündür. Hal hazırda dünyada geniş xidmət şəbəkəsinə malik “Western Union”la yanaşı, “Contact, “ Caspian Money Trasfer”  təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərir.

 " Monex" 2011-ci ildə yaradılıb və hazırda ölkə daxilində fəaliyyət göstərərək dinamik inkişaf edən  ən qabaqcıl təcili pul köçürmə sistemlərindən biridir. Bu sistem üzrə aparılan köçürmələr üzrə ölkədaxili komissiya haqqı 0.2%, ölkəxarici köçürmələr üzrə isə 1.5% təşkil edir. Bundan əlavə, "Monex" sistemi  köçürməni dərhal almaq, rahat rəsmiləşdirmə, komissiyanın yalnız  pulu köçürən şəxs tərəfindən ödənilməsi kimi üstünlüklərə malikdir.