Azər Türk Bank bu dəfə Qəbələ gənclərinə təlim keçdi | Banco.az

Azər Türk Bank bu dəfə Qəbələ gənclərinə təlim keçdi

Mayın 22-də Azər Türk Bank  "ASAN xidmət" mərkəzi ilə birgə Qəbələ şəhərində, Qəbələ "ASAN xidmət" mərkəzində müxtəlif mövzularda təlim keçirmişdir.

Təlim zamanı banklarda marketinq fəaliyyətinin təşkili, reklam və ictimaiyyətlə əlaqələr üzrə işin aparılması, PR kampaniyalarının, tədbirlərinin hazırlanması və həyata keçirilməsi, xidmət sektorunda müştəriyönümlü xidmətin təşkili və bu istiqamətdə digər məsələlərdən bəhs edilmişdir.

Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, uzunmüddətli hədəf isə gələcəkdə bank sahəsi üzrə gənc kadrların hazırlığına dəstəkdir.

Tədbirdə təlimçi qismində Azər Türk Bankın və Qəbələ "ASAN xidmət" mərkəzinin səlahiyyətli nümayəndələri çıxış etmişlər. İştirakçılar Qəbələ ASAN mərkəzinin könüllüləri, maliyyə, iqtisadiyyat yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar,  gənc sahibkarlar olmuşlar. Təlimdən sonra onlara sertifikatlar verilmiş, ən aktiv iştrakçılardan 2 nəfər Azər Türk Bankın Qəbələ şöbəsində təcrübə keçmək imkanı qazanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et