Avtomatik ödəmə təlimatı can rahatlığıdır | Banco.az

Avtomatik ödəmə təlimatı can rahatlığıdır

Hər ay ödəməmiz gərəkən çoxlu sayda xərclərimiz var. Bunlardan bəziləri standart xarakter daşıyır. Belə xərclərə telefon danışıq, kommunal ödənislər-elektrik, su, qaz və s. aiddir. Məsələ də burasındadır ki, bu ödənişləri etməyə dəyərli vaxtımızı sərf edirik və bəzən unutqanlıqlarımız gecikmələrə və xoşagəlməz kiçik problemlərə səbəb ola bilir.

Yapı Kredi Bank Azərbaycan da bu problemlərin meydana gəlməməsi və zamanınızı səmərəli keçirməyiniz üçün aylıq faktura ödənişlərinin həyata keçiriləcəyi rahat həll yolu təklif edir. Belə ki, artıq istədiyiniz fakturanıza Yapı Kredi Bank Azərbaycan kredit və ya debit kartı yaxud hesabınızdan avtomatik ödənməsi təlimatı vermək mümkündür. Bunun üçün bir dəfə bankın filialına yaxınlaşmaq və ya telefon mərkəzi ilə əlaqə saxlamaq, İnternet Bankçılıq məhsulundan istifadə etmək kifayət edir. İnternet Bankçılıqdan istifadə etməklə Siz ödənişlərinizi və balans məlumatlarınızı da rahatlıqla izləyə biləcəksiniz.

Məhsulla bağlı ətraflı məlumatı www.yapikredi.com.az internet səhifəsindən və ya 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az  vəhttps://www.facebook.com/YapiKrediAZ  səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.