“AtraBank” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Dünya rəssamları” sərgisi təşkil olundu. Qalereyada 85 sənət əsərləri və bunların arasında məşhur rəssamların avtoportretləri də yer almışdır. “Sərgi “Metro gallery” layihəsi çərçivəsində təqdim olundu.
Məqsədimiz cəmiyyətin bu sahədə məlumatlandırılmasına daha geniş yol açmaqdır. Bununla bir çox insanlar müxtəlif rəssamların fırçasından çıxmış əl işləri ilə tanış ola biləcəklər.
Luvr, Ermitaj, Prado və digər muzeylərdə yer almış dünya rəssamlarının ən məşhur əsərləri bir arada oktyabrın 15-dən aprelin 15-dək Nəriman Nərimanov metrostansiyasının keçidində sərgilənəcək.
Sərgi 6 ay davam edəcək.