AtaBankdan xoş sürprizlər | Banco.az

AtaBankdan xoş sürprizlər

Son günlər hər kəsi maraqlandıran suallardan da biri “AtaBank” ASC-nin hər il olduğu kimi bu il də nağdsız ödənişlərin artımını stimullaşdırmaq məqsədilə keçirdiyi lotereyanın davam etdirilib etdirilməyəcəyidir. Bankın İcraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov bildirmişdir ki, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində aparılan kampaniya bu il də davam etdiriləcəkdir.

“AtaBank” ASC böyük sayıda müştəri sorğularının və müraciətlərinin cavablandırılması istiqamətində səylərini artırmaqda və hər zaman yüksək olan müştəri məmnunluğunu qoruyub saxlamaqdadır. İcraçı direktoru – İdarə Heyətinin üzvü E.Osmanov bildirmişdir ki, kampaniya çərçivəsində Bankın plastik və kredit kartlarına maraq artmaqdadır, bununla yanaşı Bank ənənəvi bankçılıq fəaliyyətini davam etdirməkdə, istənilən valyutada əmanətlər cəlb etməkdə və kreditlər ayırmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Valyuta mübadiləsi ilə bağlı sualları cavablandıran E.Osmanov qeyd etmişdir ki, Bankın Baş ofisi və filiallarında mübadilə adi rejimdə davam etidirlməkdədir və bununla bağlı heç bir məhdudiyyət və ya çətinlik yoxdur.

Müsahibənin sonunda E.Osmanov bu il “Nağdsız ödə, nağd qazan” kampaniyasının yeni şüarla start alacağını və müştəriləri yeni sürprizlər gözləyəcəyini bildirmişdir. Onun sözlərinə görə müştərilərin rəğbətini qazanmış və istənilən bank tərəfindən emissiya edilmiş adlı plastik kart sahibinin marağına sahib olan bu kampaniya çərçivəsində bu il uduşlu kuponların sayı və ümumi uduş fondunun həcmi daha da artırılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et