“AtaBank” və "MasterCard"- dan UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı | Banco.az

“AtaBank” və "MasterCard"- dan UEFA Çempionlar Liqası oyununu canlı izləmək şansı

“AtaBank” və "MasterCard" yeni lotereya kampaniyasına başlayırlar. Kampaniyanın qalibləri UEFA Çempionlar Liqasının 10 dekabr 2013-ci ildə Türkiyədə keçiriləcək "Qalatasaray"- "Yuventus" oyununa dəvətnamə, övladları isə ulduz futbolçularla sıra düzülüşünə çıxmaq imkanını qazanacaqlar.  

Lotereyada 1-31 oktyabr 2013-cü il tarixləri arasında Azərbaycanda və xaricdə alış-veriş zamanı POS terminallarda və ya internetdə (elektron ticarət) "Maestro" və ya "MasterCard" tipli kartlardan istifadə edən kart sahibləri iştirak edirlər. Bu kartlar vasitəsilə edilmiş hər bir ödəniş əməliyyatına 1 müvafiq identifikasiya nömrəsi verilir və bu nömrələrin hər biri 1 uduş şansına malik olan virtual (elektron) lotereya biletlərinə bərabər sayılır. Hər hansı nağd əməliyyatlar, o cümlədən ATM-lərdən nağd pulun çıxarılması üzrə əməliyyatlar kampaniyada iştirak etmir.

Ən sərfəli kredit üçün müraciət et

Lotereyanın qalibləri hədiyyə paketləri alacaqlar. Hər bir paketə "Qalatasaray" - "Yuventus" oyununa iki ədəd dəvətnamə (biri qalib, digəri isə qalibi müşayiət edən uşaq üçün), iki nəfərlik bir gecəlik hotel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir.

Uduş fondu üç ədəd hadiyyə paketindən ibarətdir. Lotereyanın 3 qalibi olacaq və onların adları 7 noyabr 2013-cü il tarixində xüsusi proqram vasitəsilə, təsadüfi seçim prinsipi ilə müəyyən edilərək, 8 noyabr 2013-cü il tarixində "MasterCard" şirkətinin rəsmi veb-səhifəsində elan olunacaq (www.mastercard.com).

Ən sərfəli krediti almaq üçün müraciət et