“AtaBank”-ın "Yeni İl, Yeni şans" müsabiqəsinin qalibləri müəyyən olunub | Banco.az

“AtaBank”-ın "Yeni İl, Yeni şans" müsabiqəsinin qalibləri müəyyən olunub

"AtaBank" ASC-nin 16 dekabr 2013-cü il tarixindən Facebook səhifəsində  "Yeni İl, Yeni şans" şüarı altında start  verdiyi  hədiyyəli kampaniyanın qalibləri  Könül Soltanova, Rəhimbala İbrahimov və Vəçixə Bədəvi olub.  Qaliblərə, "AtaBank"  ASC-dən,  balansında 100, 200 və 300 manat olan “Visa” və “MasterCard”  kartları təqdim edilib.  Yeni il  ərəfəsində start  verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi  bəxş etmək olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə bankın səhifəsini ziyarət edə bilərlər -  www.facebook.com/ AtaBank.

Ən sərfəli krediti almaq üçün müraciət et