"AtaBank"-ın yeni filialı Sizin xidmətinizdə | Banco.az

"AtaBank"-ın yeni filialı Sizin xidmətinizdə

Bakıxanov qəsəbəsində “AtaBank” ASC-nin yeni filialının açılışı olub. Muxtar Fətəliyev prospektində fəaliyyət göstərən filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. Bu barədə Banco.az portalı Banka istinadən məlumat verir.

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlər, depozitlər, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur. 

Ən sərfəli kredit üçün müraciət et

"AtaBank"-ın  "Bakixanov" filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir. "AtaBank"-ın yeni "Bakixanov" filailı müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et