Artıq siz iş yerinizdən arayış gətirmədən də kredit ala biləcəsiniz | Banco.az

Artıq siz iş yerinizdən arayış gətirmədən də kredit ala biləcəsiniz

Unibank Azərbaycan xalqını  9 noyabr Dövlət Bayrağı günü münasibətilə təbrik edir, bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzulayır. Bayraq günü ilə əlaqədar Unibank  hər bir vətəndaşımız üçün  xüsusi sürprizlər hazırlayıb. İşindən, peşəsindən asılı olmayaraq hər kəs 8 noyabrda Unibank filiallarına yaxınlaşaraq, bu  sürprizdən faydalana bilər. Sürprizin nədən ibarət olduğunu isə elə filiallarımıza müraciət edəndə biləcəksiniz.

Artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank  “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

İldən- ilə xidmət şəbəkəsini genişləndirən Unibankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam  17.00-dək müştərilərinə müxtəlif  bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank-hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et