“Amrahbank”ın Qara Qareyev filialı yeni ünvanda | Banco.az

“Amrahbank”ın Qara Qareyev filialı yeni ünvanda

Müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, onlarla qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərindən olan “Amrahbank”ın Qara Qaryev filialı artıq yeni ünvanda, Şirin Mirzəyev küçəsi 58 ünvanında fəaliyət göstərəcək.

Müştərilərin rahatlığı baxımından daha münasib yerdə yerləşən Qara Qarayev filialı təqribən 550 kv. metr sahəni əhatə etməklə,  xüsusi tikilmiş iki mərtəbəli binada fəaliyət göstərəcəkdir.

Müasir tələblərə cavab verən Qara Qarayev filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köcürmələri,  Visa, Mastercard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi,  hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir.

Açılış mərasimiində iştirak edən Müşahidə Şurasının Sədri cənab Yunis İldırımzadə tədbir iştirakçılarını salamlayaraq son zamanlarda Azərbaycanın bütün sahələrdə, o cümlədən bank sektorunun inkişafında  əldə etdiyi uğurlardan, bunlardan bəhrələnən “Amrahbank”ın inkişaf tarixindən, bankın son dövrlərdə əldə etdiyi nailiyyətlərdən bəhs etdi. “Amrahbank”ın həm müştərləri, həm tərəfdaşları üçün, həm də cəmiyyət üçün daha faydalı olacaqlarına inandığını söylədi. Qarşıya  qoyulan məqsədlərə nail omaqda  “Amrahbank” la birgə olanlara minnətdarlığını bildirdi, yeni-yeni zirvələrin fəth olunmasını arzu etdi.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.