“Amrahbank”ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başladı | Banco.az

“Amrahbank”ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başladı

Artıq “Amrahbank”ın Bərdə filialı H. Əliyev prospekti 110 ünvanında fəaliyət göstərəcək.

Bankın Bərdə filialının 06.06.2013 tarixdə təşkil olunmuş açılış mərasimində “Amrahbank”ın nümayəndələri ilə yanaşı yerli İcra Hakimiyyətinin, büdcə təşkilatlarının, özəl sektorun nümayəndələri,  yerli sakinlər iştirak etdilər.

Açılışda İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab E.C. Həsənov tədbir iştirakçılarını Azərbaycanın qədim paytaxtı Bərdə şəhərində salamlayaraq qeyd etdi ki, 2013-cü ildə “Amrahbank”ın yaranma tarixinin 20 ili tamam olur. Onun sözlərinə görə filiallar şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq əsas  ona üstünlük veririk ki, inkişaf etdirilən və ya yaradılan hər bir yeni şəbəkəmiz həm kəmiyyət, həm də keyfiyyət amillərinə cavab verməklə, günbəgün böyüyən müştəri bazamızın bütün təlabatına cavab versin və daha geniş çeşidli xidmətlər gösərilsin.

 Məlumat üçün bildirirk ki, Bərdə filialı həftənin 1-5-ci günləri, səhər saat 09:00-dan axşam 18:00-a qədər fəaliyyət göstərir. Filialda həm fiziki, həm də hüquqi müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, kreditlərin verilməsi, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur. 

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Ən sərfəli krediti almaq üçün müraciət et