Ali məktəblərə daxil olanların ailələri güzəştli kredit ala biləcəklər | Banco.az

Ali məktəblərə daxil olanların ailələri güzəştli kredit ala biləcəklər

 

Qəbul imtahanlarının başa çatması ilə əlaqədar Rabitəbank yeni Tələbə Sevinci kampaniyasına start verir! Kampaniya bu il ali təhsil müəssisələrinə qəbul olunan bütün tələbələrin ailə üzvlərinə güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

Tələbə Sevinci kampaniyasının şərtlərinə əsasən, bu il Bakı və bölgələrdəki özəl və dövlət universitetlərinə daxil olan istənilən tələbənin ailəsi 5%-dək endirimli nağd pul krediti ala bilər. Kampaniyanın müddəti sentyabrın 1-dən oktyabrın 1-nə kimidir. Güzəştli kredit istənilən məqsədə verilir, nağd kreditin müddəti 3 aydan 24 ayadəkdir.

Tələbənin ailə üzvləri güzəştli kampaniya üçün müraciət zamanı tələbənin bu il qəbul olunduğunu və topladığı balı təsdiqləyici sənəd (tqdk.gov.az saytından çapa verilmiş təsdiqləmə, Abituriyent jurnalının müvafiq nömrəsi) və tələbə olmuş şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd təqdim etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniyadan yararlanmaq üçün tələbənin ailə üzvləri (ata, ana, bacı, qardaş, nənə bə baba) Rabitəbank-ın Bakı və bölgə filiallarına müraciət edə bilər. Xatırladaq ki, hazırda Rabitəbank-ın Bakı ilə yanaşı, regionlardan Ağsu, Sumqayıt, Ağcəbədi, Şirvan, Şəmkir, Qusar, Quba, Xaçmaz, Şəki, Şamaxı, Kürdəmir, Gəncə, Lənkəran, Naxçıvanda filial və şöbələri fəaliyyət göstərir.

Kampaniya haqqında daha ətraflı məlumat almaq üçün bankın www.rabitabank.com rəsmi internet saytına,https://www.facebook.com/rabitabank səhifəsinə və ya 133 nömrəsinə müraciət edə bilərsiniz.