ALBALI PLUS KUBOKU UĞRUNDA FUTBOL ÇEMİONATI BAŞLADI | Banco.az

ALBALI PLUS KUBOKU UĞRUNDA FUTBOL ÇEMİONATI BAŞLADI

Unibank ALBALI PLUS  şoppinq festivalı çərçivəsində partnyorları ilə birlikdə  futbol çempionatı keçirir. Albalı plus Kuboku uğrunda  Futbol Çempionatına  bankın əməkdaşlarından ibarət komandalarla yanaşı, ALBALI PLUS (ALBALI) kartının tərəfdaşları da qatılıb.

Unibank öz partnyorlarına yalnız biznes tərəfdaşı olaraq deyil, hər zaman dost kimi yanaşıb. Bank  daim birgə  layihələr, tədbirlər keçirərək, bu dostluq münasibətlərini daha da dərinləşdirməyə çalışır.

ALBALI PLUS Kuboku uğrunda  Futbol Çempionatında  10-dan artıq şirkətin komandası iştirak edir:Mərkəzi Bank, Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market,  İntegral, World Telecom,  ABC Telecom (Kontakt) və  Flexi Kredit.  Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçiriləcək. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunacaq. Qalib gələn komandaları  kubok  və  medallarla yanaşı, pul mükafatı gözləyir.  Çempionartın ən çox qol vurmuş oyunçusuna da xüsusi hədiyyə təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən  https://www.facebook.com/unibank.az/    əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

Ən sərfəli krediti almaq üçün müraciət et