Seminarı Almaniyadan dəvət olunan ekspert keçirəcək
Övladınız boş vaxtının bir çox hissəsini kompüterlə keçirir?
Saatlarla smartfonda oyun oynayır və ya sosial şəbəkələrdə olur?
Uşaqlarınızı virtual asılılıqdan qorumaq istəyirsinizsə, sizi AccessBank-ın dəstəklədiyi seminarda iştirak etməyə dəvət edirik.
AccessBank-ın Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində sponsorluq etdiyi bu tədbir Community.az “məktəb icmaları” layihəsinə dəstək məqsədilə AR Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilir. Seminar 03 oktyabr 2016-cı il tarixində 15:00-17:00 saatlarında Ramada Hotel and Suites (ünvan,T.Əliyev küç.) otelində baş tutacaq və Almaniyanın Psixoloqlar Asossiyasiyasının üzvü - ekspert Qalina Hayzelmann tərəfindən keçiriləcək.
Yerlərin sayı məhdud olduğu üçün iştirak etmək istəyənlərdən xahiş olunur, [email protected] elektron ünvanı və ya +99412 3100322/ +99451 6993996 telefon nömrələri ilə əlaqə saxlayıb əvvəlcədən qeydiyyatdan keçsinlər.
KSM proqramı AccesssBank-ın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank təhsil, idman, mədəniyyət və incəsənət sahəsində 100-dən artıq layihə həyata keçirib.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.