AccessBank sahibkarlar üçün NFS layihəsini həyata keçirir | Banco.az

AccessBank sahibkarlar üçün NFS layihəsini həyata keçirir

Bank sahibkarlar üçün silsilə təlimlər keçirir

Dünya təcrübəsi göstərir ki, son illər banklar müştərilərə sadəcə maliyyə xidmətləri təqdim etməklə kifayətlənmirlər. Müştərilərə B2B sahəsində dəstək,maliyyə savadlılığının artırılması və biznesin aparılması üzrə konsultasiyalar kimi qeyri-maliyyə xidmətlərinə tələbat getdikçə çoxalır.

Son zamanlar həm Azərbaycanda, həm də qonşu ölkələrdə əhalinin, xüsusən də sahibkarların maliyyə savadlılığının artırılmasına tələbatın yüksəlməsi müşahidə olunur. Ölkənin qabaqcıl və innovativ banklarından olan AccessBank, qeyri-maliyyə xidmətləri (Non-financial Services - NFS) sahəsində beynəlxalq təcrübəni tətbiq etməyə başlayan ilk banklardan biridir. AccessBank2016-cı ilin may ayından etibarənAsiya İnkişaf Bankının dəstəyi ilə kiçik və orta biznes nümayəndələrinin maliyyə savadlılığının artırılması məqsədilə “Non-financial services”layihəsinə başlayıb.

Layihə çərçivəsində “Makro-İqtisadi Trendlər”, “Böhran zamanı İdarəetmə”, “Marketinq və Satış Texnikaları”, “Vergi Hesablamaları” və digər müxtəlif mövzularda xarici və yerli təlimçilərin iştirakı iləartıq 26 təlim keçirilib. Fərdi sahibkarlar və korporativ müştərilər üçün keçirilən son təlimlər isə, 2017-ci ildə VergiMəcəlləsindəqüvvəyə minən dəyişikliklər mövzusuna həsr olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti mərhələdə Bank NFSlayihəsinə aid onlayn-resursların yerləşdirilməsi üçün yeni onlayn-platforma yaradacaq.

Xatırladaq ki, AccessBank fəaliyyəti dövrü ərzində daim kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verib. Sahibkarların biznesinin aparılması bacarıqlarını və maliyyə savadlılığını artırmaqlaBank öz müştərilərnin biznesinin uğurlu inkişafına əlavə töhvə verir.