AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu | Banco.az

AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu

Bankın Baş ofisində 50 məktəb direktoru üçün seminar keçirildi

Bakı, 30 iyul 2015-ci il. AccessBank Birləşmiş Krallığın Britaniya Şurası (British Council) və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə həyata keçirilən “Bərabər və məsuliyyətli cəmiyyət üçün İnklüziv qərarlar” layihəsinə dəstək oldu. 34 ay ərzində davam edən layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların siyasət formalaşdırma prosesində daha yaxşı təmsil olunması, onların hüquqlarının daha yaxşı anlaşılması və müdafiəsini təmin etməkdən ibarətdir.

Bankın Baş ofisində 4 gün ərzində Bakı şəhərin 50 məktəb direktorları üçün seminar keçirildi. Təlim zamanı inklüziv təhsilin məzmunu və medotologiyası, əsas fəlsəfəsi və digər əlaqəli məsələlər BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova və Muasir Təhsil və Tədrisə Yardim Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova tərəfindən iştirakçılara açıqlandı. Seminarda məktəb direktorları sağlamlığı məhdud olan şəxslərlə ünsiyyət zamanı istifadə ediləcək etik terminləri və nəzəriyyəni öyrənərək analiz etdilər, beynəlxalq təcrübə ilə tanış oldular.

British Council Azerbaijan direktoru Elizabet Vayt seminar iştirakçıları ilə görüşünü belə şərh etdi: «İştirak edən məktəb direktorların fiziki imkanları məhdud olan şəxslərin məktəblərə və ümumiyyətlə təhsil prosesinə cəlb edilməsi üçün səyləri məni çox təsirləndirdi.  Bu, həm məktəb, həm də cəmiyyət üçün çox əhəmiyyətlidir. British Council fəxr edir ki, bu layihə üzərində işləyir və məhz bu iştirakçılar  bura cəlb olunub».

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AccessBank korporativ sosial məsuliyyət proqramı çərçivəsində daim fiziki imkanları məhdud olan şəxslərin problemlərinin həllinə yönəlmiş layihələr həyata keçirir. Korporativ Sosial Məsuliyyət proqramı AccesssBank-ın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank fiziki imkanları məhdud olan insanlarla, valideyn himayəsindən məhrum olan uşaqlarla və kimsəsiz qocalarla bağlı 100 artıq layihə həyata keçirib. AccessBank, həmçinin, idman, təhsil, mədəniyyət və incəsənət sahəsində uğurlu layihələr reallaşdırıb.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Ən sərfəli krediti almaq üçün müraciət et