AccessBank-a etibar edən əmanətçilərin sayı artır | Banco.az

AccessBank-a etibar edən əmanətçilərin sayı artır

AccessBank cari ilin birinci rübünü müsbət göstəricilərlə başa vurub. Belə ki, bankın açıqladığı maliyyə göstəricilərinə əsasən cəmi kapitalı 28% artaraq 67 milyon 348 min manatadək yüksəlib.

Diqqət çəkən amillərdən biri də odur ki, əhalinin AccessBank-a manatla yatırdığı əmanətlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Belə ki, birinci rübün sonunda Bankın əmanət portfeli 7% artım nümayiş etdirərək 301 milyon 795 min manat təşkil edib. Bu isə, müştərilərin AccessBank-a sərgilədiyi yüksək etimadının göstəricisidir. AccessBankın Azərbaycan bankları arasında ən yüksək reytinqə və 100% xarici kapitala malik olması bir daha AccessBank-ın stabilliyini və etibarlılığını təsdiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, müştəriləri cəlb edən xüsusiyyətlərdən biri də odur ki, AccessBank müştərilərinin ehtiyaclarına uyğun olaraq, həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif əmanət növlərini təklif edir. Bank müştərilərə sərfəli şərtlərlə “Müddətli”, “Yüksələn”, “Yığım” və “Əlverişli” əmanətlər təklif edərək, istənilən müddətə yatırım etmək üçün şərait yaradır.

Xatırladaq ki, AccessBank  Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. 

Ən sərfəli krediti almaq üçün müraciət et