AccessBank 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib | Banco.az

AccessBank 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib

The Green for Growth Fund (GGF) AccessBank-a 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Cəlb olunan vəsait sayəsində Bank enerji səmərəlilik layihələrinin maliyyələşdirməsini artıracaq və bu sahədə həyata keçirdiyi fəaliyyətini daha da genişləndirəcək. 

AccessBank-ın Kiçik və Orta Biznes Kreditləri və Korporativ Xidmətlər üzrə İcraçı Direktoru Kənan Ağayev bu razılaşmanı şərh edərək dedi: “Mikro, kiçik və orta ölçülü müəssisələrin istifadə etdiyi avadanlıqların və mexanizmlərin təkmilləşdirilməsinə maliyyə dəstəyi ayırmaq üçün yeni imkanlarımız var”. 

AccessBank Azərbaycan üzrə orta və kiçik biznes nümayəndələrinə xidmət göstərən geniş filial şəbəkəsinə malikdir. Sözügedən investisiya nəticəsində enerjiyə illik qənaətin 43,500 MV səviyyəsinə çatdırılacağı, karbon qazı tullantıları miqdarının isə 21,000 tondan çox azalacağı gözlənilir. 

“Mikro, kiçik və orta ölçülü biznesin maliyyələşdirilməsi üzrə bazarda lider hesab edilən bank ilə Azərbaycanda iş birliyi qurmaqdan çox məmnunuq. AccessBank-ın bu sahəyə yönəlməsinə görə sözügedən investisiya qısa zaman ərzində ölkədə olan enerji istehlakına təsir edəcək”, - GGF fondunun cənub-şərqi Avropa bölməsinin sədri Kristofer Noules qeyd etdi. 

GGF dövlət və özəl qurumlara məxsus ortaq bir Avropa fondu qismində fəaliyyət göstərir. Fond Cənubi Avropa və Şərqi Avropa Qonşuluğu regionunda enerji səmərəliliyin təmin olunması və bərpa edilən enerji istifadəsinin stimullaşdırması sahəsində fəaliyyət göstərir. GGF maliyyələşdirmə ilə bərabər enerji səmərəliliyin ölçülməsi üçün Texniki Yardım Xidmətin vasitəsilə dəstək göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Əlavə məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlayın. Telefon: (99412) 490 80 10; elektron poçt ünvanı: [email protected].

Ən sərfəli krediti almaq üçün müraciət et