Kompensasiyaların ödənilməsilə bağlı mexanizm hazırlanıb - BANKLAR MÜZAKİRƏYƏ DƏVƏT OLUNUB | Banco.az

Kompensasiyaların ödənilməsilə bağlı mexanizm hazırlanıb - BANKLAR MÜZAKİRƏYƏ DƏVƏT OLUNUB

Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərinin həlli ilə bağlı qaydaları hazırlayıb. 

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə hazırlanmış qaydaların layihəsinin müzakirəsi 11 mart 2019-cu il, saat 15:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında baş tutacaq. Banklar müzakirəyə dəvət olunublar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Fərmanda dollar kreditləri üzrə kompensasiyaların ödənilməsi ilə bağlı mexanizmin (qaydaların) 15 gün ərzində, kompensasiya ödəniləcək şəxslərin siyahısının isə 45 gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və banklar tərəfindən birlikdə hazırlanacağı qeyd olunub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et