Bu şirkətə 57 milyon dollar cərimə tətbiq ediləcək | Banco.az

Bu şirkətə 57 milyon dollar cərimə tətbiq ediləcək

Fransa dünyanın ən böyük axtarış sistemi olan “Google” şirkətinin istifadəçiləri şəxsi informasiyaları daxil etməklə bağlı məlumatlandırılması və fərdi reklamlar üçün icazələrinin düzgün formada alınmaması ilə bağlı şəffaflıq və dəqiqlikdən uzaq olduğunu iddia edib.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən ilin mayında Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarının (GDPR) qüvvəyə minməsindən bəri qarşı ilk ən böyük cərimə texnologiya nəhənginə tətbiq edilib. Məbləğ 50 milyon avro təşkil edir, bəli səhv oxumursunuz, təqribən 57 milyon dollar.

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyasından (CNIL) edilən açıqlamaya görə, “Google” istifadəçilərə şəxsi məlumatlarının toplanması və istifadə olunması barədə aydın məlumat verə bilmir. Bununla yanaşı, şirkətin fərdi reklamların göstərilməsi məqsədilə istifadəçilərin razılığını dəqiqliklə almadığı da bildirilib. Komissiyaya görə, “Google” –un istifadəçilərin şəxsi məlumatlarını hansı məqsədlə istifadə etdiyi ilə bağlı bütün xırdalıqlar yayıla bilir və məxfiliyini itirir.

Ən sərfəli kredit üçün müraciət et

Komissiyanın səlahiyyətliləri həmçinin, Google şirkətinin çox geniş xidmət şəbəkəsinin olması (Google map xidməti, Youtube, Play market) səbəbilə istifadəçilər üçün daha təhlükəli olduğunu vurğulayıb.

Komissiyaya cavab olaraq şirkətin sözçüsü isə firmanın qərarı təhlil etdiyini söyləyib.

Bildiyimiz kimi, son illər ərzində Avropadakı səlahiyyətli orqanlar vergi məsələləri üzrə "Apple" şirkətini cəzalandırmış, məxfilik məsələləri ilə bağlı "Facebook" şirkətini araşdırmış, indi isə “Google” şirkətinə isə rekord səviyyədə cəza tətbiq edib.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et