“Bank Technique”dən təcili pul köçürmələri kalkulyatoru! | Banco.az

“Bank Technique”dən təcili pul köçürmələri kalkulyatoru!

“Bank Technique”in rəsmi saytında yenilik! Təcili pul köçürmək lazımdır? Sərfəli sistemi, komissiya haqqını, əlavə xərclər barədə məlumatı öyrənmək istəyirsiniz?

Bu zaman bu keçiddəki təcili pul köçürmələri kalkulyatorundan faydalana bilərsiniz.

Bunun üçün pul köçürüləcək ölkəni, məbləği və valyutanı seçərək, bir toxunuşla, rüsumlar haqqında müqayisəli məlumatı öyrənib, özünüzə uyğun təcili pul köçürmələri sistemi ilə tanış olmağınız kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Bank Technique” hazırda 9 təcili pul köçürmələri sisteminin xidmətlərini təklif edir: “Western Union”, “Privat Money”, “Contact”, “Blizko”, “Lider”, “Migom”, “Faster”, “İBA Express”, “Caspian Money Transfer”.

Təcili pul köçürmə xidmətləri “Bank Technique”in bütün xidmət nöqtələri - Bakı, Abşeron, Gəncə, Sumqayıt, Quba, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Xaçmaz və Tovuzdakı filialları və Bakı şəhəri, həmçinin Şüvəlan (Bakı), Qovlar (Tovuz) qəsəbələri, Ağstafa, Lənkəran, Balakən və Tərtər rayonlarındakı şöbələri tərəfindən göstərilir. 

Ən sərfəli krediti almaq üçün müraciət et