Apple Türkiyədən də varlıdır! | Banco.az

Apple Türkiyədən də varlıdır!

2008-ci ildə Amerikada baş verən qlobal böhrandan sonra şirkətlərin çıxardığı bəlkə də yeganə dərs "back to the basics", yəni finansın ən təməl qaydalarının əsla unudulmaması idi. O gündən bu günə Amerikanın ən böyük şirkətləri nağd pul bazalarının artımı ilə diqqətləri cəlb edir.

Moody's məlumatlarını toplayan Business Insider-in verdiyi xəbərə görə, Amerikan şirkətləri 2013-cü ili ümumi 1,6 trilyon nağd pul sərmayəsi ilə tamamladılar. Yəni şirkətlərin cəmi qazancı 2008-ci ildəkindən iki qat çox oldu.

2013-cü ilin sonunda Apple, Microsoft, Google, Verizon Communications və Pfizer-ın ümumi sərmayəsi isə 404 milyard dollar idi. Bunlar arasında Amerikanın ən böyük şirkətlərindən olan Apple-nin sahib olduğu nağd pul dünyanın bir çox böyük iqtisadiyyatının nağd pul ehtiyatından daha çox idi.

Bu məlumatlardan yola çıxaraq şirkətlər və ölkələrin nağd pul / ehtiyat böyüklüklərini müqayisə edən siyahıda, Apple birinci sırada yer tutur. Apple-nin 159 milyard dollarlıq nağd ehtiyatını, 2-ci sırada 130 milyard dollarla Malayziya, 3-cü sırada isə 109 milyard dollarla Türkiyə izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Siyahının ikinci böyük texnologiya şirkəti Microsoft, 84 milyard dollarlıq baza ilə 6-cı sırada, Danimarka və İsraildən qabaqdadır. Bir digər texnologiya nəhəngi olan Google isə siyahıda 14-cü sıradadır. Google-nin 59 milyard dollarlıq nağd ehtiyatı var və bu Kanada, Amerika kimi ölkələri geridə buraxmağa bəs edir. Siyahının 21-ci sırasındakı ABŞ-ın nağd olaraq 48 milyard dolları var və onu 47 milyard dollarla Cisco izləyir.

31-ci sıradakı Oracle-nin 37 milyard dollar, 35-ci sıradakı Qualcomm-un 32 milyard dollar nağdı var. EMC isə 18 milyard dollarla siyahıda 50-ci sırada yerləşir.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et