"YouTube" yeni funksiyasını işə salır | Banco.az

"YouTube" yeni funksiyasını işə salır

Müəllif: Gülnar Əhmədli, Banco.az

"YouTube" bilinməyən mahnıların zümzümə edilərək tapılmasını asanlaşdırmaq üçün yeni funksiya hazırlayıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, platforma "Android" versiyasında istifadəçilərə mahnını zümzümə edərək tapmaq funksiyasını sınaqdan keçirir.

Tətbiq melodiyanı müəyyənləşdirir və sizi axtarılan mahnıya uyğun "YouTube" videolarını təqdim edir.

Hazırda bu axtarış funksiyası yalnız "Android" istifadəçilərinin kiçik bir hissəsi üçün əlçatandır. Bu xüsusiyyətin musiqi tanıma proqramı olan "Shazam" ilə rəqabət aparacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et