Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Bankının (BOJ) 2 günlük monetar siyasət iclası bugün başa çatıb.

Banco.az xəbər verir ki, 2 günlük iclasın sonunda mərkəzi bank yekdilliklə uçot dərəcəsinin -0,10 faiz səviyyəsində saxlanmasına qərar verib.

Bank həmçinin 10 illik istiqraz gəlirliliyinin 0 faiz hədəfinin hər iki tərəfində 50 baza bəndi irəliləməsinə imkan verən gəlir əyrisinə nəzarət siyasətini də davam etdirib.

Bankın iri miqyaslı istiqrazlar alışına da davam edəcəyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et