"Amazon” bu ölkəyə milyardlarla dollar sərmayə qoyacaqlar | Banco.az

"Amazon” bu ölkəyə milyardlarla dollar sərmayə qoyacaqlar

Müəllif:Ayşən İmanova/Banco.az

“Amazon” Sinqapurda bulud infrastrukturunu genişləndirmək üçün 9 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, “Amazon”un bulud hesablama bölməsi “Amazon Web Services” (AWS) növbəti dörd il ərzində Sinqapurda bulud infrastrukturunun genişləndirilməsi üçün 9 milyard dollar sərmayə qoyacaq. Bu qərar şirkətin Cənub-Şərqi Asiyada mövqeyini möhkəmləndirmək və regionda bulud xidmətlərinə artan tələbatı ödəmək istəyini əks etdirir. 

Şirkət hesab edir ki, maliyyə sərmayəsi yerli Sinqapur şirkətlərində təxminən 12 300 iş yeri yaradacaq.

Məlumata görə, yeni investisiya  şirkətə nəinki bulud imkanlarını genişləndirməyə, həm də regionda süni intellektin (AI) tətbiqini sürətləndirməyə imkan verəcək.

Sinqapurdakı sərmayələr də daxil olmaqla, “AWS” təkcə bu il ABŞ-dan kənarda, o cümlədən Yaponiya, Səudiyyə Ərəbistanı və Meksikadakı bazarlar üçün 35 milyard dollar sərmayə vəd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət bundan öncə Taylanda 5 milyard dollar, Malayziyaya isə 6 milyard dollar sərmayə qoyacağını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et