"Apple" yeni M4 prosessorlu iPad modellərini təqdim edib | Banco.az

"Apple" yeni M4 prosessorlu iPad modellərini təqdim edib

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” çərşənbə axşamı 2022-ci ilin oktyabr ayından bəri model xətti yeniləməsi olmayan yeni iPad planşetlərinin təqdimatını keçirib.

Banco.az xəbər verir ki, ən bahalı və təkmil iPad Pro modeli 11 və 13 düymlük ekranlarla gələcək, qiymətlər müvafiq olaraq 999 və 1299 dollardan başlayacaq. Yeni iPad Pro-lar OLED displeyləri olan ilk “Apple” planşetləridir. Hər iki versiyada 5,1 mm qalınlığında korpus və yeni M4 prosessoru olacaq. Daxili yaddaşın həcmi 128 giqabaytdan başlayacaq.

Bundan əlavə, “Apple” daha büdcəli iPad Air modelinin 11 və 13 düymlük ekranlı, lakin köhnə M2 prosessorlu iki versiyasını təqdim edib. Bu versiyaların qiyməti müvafiq olaraq 599 və 799 dollardan başlayacaq.

Yeni modellər üçün ilkin sifarişlər artıq qəbul edilir, satışlar mayın 15-dən başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Apple” səhmləri çərşənbə axşamı ticarətdə 0,6% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 5,1% azalaraq 2,79 trilyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et