“TikTok” ABŞ hakimiyyətini məhkəməyə verib | Banco.az

“TikTok” ABŞ hakimiyyətini məhkəməyə verib

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” sosial şəbəkəyə qoyulan qadağaya görə Amerika hakimiyyətini məhkəməyə verib.

Banco.az xəbər verir ki, “TikTok” və onun Çin ana şirkəti “ByteDance”, prezident Co Baydenin imzaladığı tətbiqin bloklanması ilə bağlı qəbul edilmiş qanuna qarşı etiraz edərək ABŞ hakimiyyətini məhkəməyə verib.

“ByteDance” iddia edir ki, qanunun tələblərinə, xüsusən də müəyyən edilmiş 270 günlük müddət ərzində əməl etmək mümkün deyil. Şirkət Çin hökumətinin xidmətin keyfiyyətindən və tövsiyə alqoritminin işləməsindən asılı olan texnologiyaların satışına qarşı olduğunu vurğulayıb.

Bundan əlavə, şirkət iddia edir ki, qanun ABŞ Konstitusiyasında söz azadlığına zəmanət verən Birinci Düzəlişi pozur. Həmçinin, ABŞ-da “TikTok”un bloklanması biznesə zərər verə bilər.

Artıq məhkəmə “TikTok”un iddialarının əsaslı olub-olmamasına və bu qanunun söz azadlığına və ABŞ-ın digər konstitusiya normalarına zidd olub-olmamasına qərar verməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sosial şəbəkədən təxminən 170 milyon ABŞ sakini istifadə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et