Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 21% artıb | Banco.az

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 21% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 5 milyon 290 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20.9% və ya 916 min manat çoxdur.

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 314.5 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 2.6% və ya 7.9 min manat azdır.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 4 milyon 374 min manat, ödənişlərin məbləği isə 306.6 min manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et