Venesuelada illik inflyasiya 445 000%-ə düşüb | Banco.az

Venesuelada illik inflyasiya 445 000%-ə düşüb

Bu ilin iyun ayında Venesualeda qiymətlər 24,8% artıb.

Bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsinin üzvü Anxel Alvarado məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 1 155%, illik müqayisədə isə 445 482% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib. Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et