Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə | Banco.az

Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə Zükerberqin şirkətini 38,5 milyon dollar cərimələyiblər.

Banco.az xəbər verir ki, Türkiyənin antiinhisar tənzimləyici orqanı olan Rəqabət Şurası “Meta” korporasiyasına şirkətin fəaliyyəti ilə bağlı başa çatmış iki proses üzrə 1,23 milyard lirə (təxminən 38,5 milyon dollar) məbləğində cərimələyib.

Məlumata görə, cərimələr tənzimləyicinin 2023-cü ildən bəri ABŞ korporasiyasına qarşı tətbiq etdiyi iki ayrı icraatın yekunu kimi kəsilib.
Onlardan biri “Facebook”, “Instagram” sosial şəbəkələri və “WhatsApp” mesencerinə, digəri isə “Threads” sosial şəbəkəsinə aiddir. Şikayətlər arasında bu xidmətlərin istifadəçilərinin şəxsi məlumatlarının məcburi şəkildə digər “Meta” bölmələrinə ötürülməsi də var.

Xatırladaq ki, “Threads” sosial şəbəkəsi Türkiyə antiinhisar tənzimləyicisinin qərarı ilə aprelin 29-dan etibarən ölkədə mövcudluğunu dayandırıb. Narazılığına “Threads” və “Instagram” istifadəçi hesablarının avtomatik birləşməsi səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et