Maradonanın “Qızıl top”u hərraca çıxarılacaq | Banco.az

Maradonanın “Qızıl top”u hərraca çıxarılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında qazandığı "Qızıl top" hərraca çıxarılacaq.

Banco.az xəbər verir ki, hərrac iyunun 6-da Fransada “Aguttes” hərrac evində baş tutacaq. Hərracdan bir neçə gün əvvəl ictimai sərgi keçiriləcək və bu sərgi zamanı potensial alıcılar topa şəxsən baxa biləcəklər. Hərracın başlanğıc qiyməti məlum deyil, lakin hərracda iştirak etmək üçün ərizəçilər 150 min avro (161 min dollar) məbləğində depozit qoymalı olacaqlar.

Məlumata görə, 1986-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatının 1/4 finalında İngiltərə ilə matçda Maradonanın əli ilə qapıya vurduğu top 2022-ci ildə hərracda 2 milyon funta, bundan əlavə, həmin il futbolçunun matç zamanı geyindiyi köynəyi 9,3 milyon dollara satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et