İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini 5,25 faiz səviyyəsində sabit saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) bazarların səbirsizliklə gözlədiyi faiz qərarını açıqlayıb.

Belə ki, mərkəzi bank bazar proqnozlarına uyğun olaraq uçot dərəcəsini 5,25 faiz səviyyəsində sabit saxlayıb.

Mərkəzi bankdan yayılan bəyanata görə, sözügedən qərar 7-2 səs çoxluğu ilə qəbul edilib. 2 üzv faiz dərəcəsinin 25 bənd azaldılaraq 5 faizə endirilməsi ilə bağlı fikirlərini dilə gətirib.

Xatırladaq ki, Böyük Britaniyada inflyasiya Rusiyanın Ukraynanı işğal etmək cəhdinin də təsiri ilə 2022-ci ilin oktyabrında 11,1 faizlə 40 illik pik həddinə çatmışdı. Nəhayət, mart ayında illik inflyasiya 3,2 faizə düşsə də, hələ də mərkəzi bankın 2 faizlik hədəfindən yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et