Unibank filialları şənbə günləri də işləyir | Banco.az

Unibank filialları şənbə günləri də işləyir

Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən müştərilər, şənbə günləri də bank filiallarına müraciət edə bilərlər. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə  yerləşən 5 filialı- “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə  sonu  saat 10.00-dan 14.00-dək müştərilərin üzünə açıq olacaq.  Şənbə rejimində işləyən filiallar müştərilərə  kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərərcək.

Unibank-ın 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində  böyük endirim kampaniyası davam edir. Sentyabrın 15-dək Unibank-a müraciət edən ölkə vətəndaşları bankın ad günü münasibəti ilə aşağıdakı endirimləri əldə edə bilərlər:

  • Avqustda ad günü olan müştərilərə xüsusi endirim paketi: 0% komissiyalı nağd kreditlər,  debet kartlara və depozit qutularının icarəsinə 25 %-lik endirim;
  • Depozit təminatı ilə verilən kreditlər komissiyasız;
  • Bütün müştərilər üçün nagd kreditlərdə komissiya endirimi- komissiya cəmi 1 % (min. 10 AZN)
  • Unibank kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik  cashback.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı! 

Ən sərfəli krediti almaq üçün müraciət et