ÜDM real olaraq artıb, amma nominal olaraq azalıb | Banco.az

ÜDM real olaraq artıb, amma nominal olaraq azalıb

ÜDM real olaraq artıb, nominal olaraq azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin beş ayında ölkədə 21,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadə də 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

2014-cü ilin yanvar-may ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi 23,4 milyard manat təşkil etmişdi. Beləliklə, ÜDM nominal ifadədə (mövcud qiymətlər ilə) 9% və ya 2,1 milyard manat azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Nominal ÜDM mövcud qiymətlərlə, real ÜDM isə bazis dövrün qiymətlərilə istehsal olunmuş əmtəə və xidmətlərin ümumi dəyərini əks etdirir. Real ÜDM–un göstəricisi qiymətlərin dəyişməsinin təsirinə məruz qalmadığı üçün onun istehsalın artımının ölçülməsi üçün istifadə etmək olar. Dövlət Statistika Komitəsi ÜDM-i real ÜDM metodu ilə hesablayır.

Ən sərfəli krediti almaq üçün müraciət et